• cümə axşamı, 18 aprel, 05:03
  • Baku Bakı 15°C

Bakıdan Türkiyənin kurort şəhərinə aviareys açıldı

06.07.13 10:57 1960
Bakıdan Türkiyənin kurort şəhərinə aviareys açıldı
Heydər Əliyev Beynəlxalq Aeroportundan «APA-Economics»ə verilən məlumata görə, bu gündən etibarən Bakı-Dalaman marşrutu üzrə birbaşa uçuşlara start verilib: «Mövsümi xarakter daşıyan bu aviareys avqustun 31-dək davam edəcək. Bakıdan Dalamana uçuşlar hər həftənin VI günləri saat 11:00-da «Airbus» tipli təyyarə ilə yerinə yetiriləcək».
Qeyd edək ki, hazırda AZAL Türkiyənin Antalya və Bodrum kimi kurort şəhərlərinə də birbaşa aviareyslər yerinə yetirir.
Xatırladaq ki, Dalaman şəhəri Egey dənizi sahilində yerləşir.
banner

Oxşar Xəbərlər