• cümə axşamı, 18 aprel, 21:38
  • Baku Bakı 21°C

Bakıda zoomarketə basqın edən şəxslər tutulublar

09.01.20 13:45 1051
Bakıda zoomarketə basqın edən şəxslər tutulublar
Bakıda zoomarketə basqın edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə rayon ərazisində baş verən quldurluq hadisəsi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, yanvarın 7-də saat 16 radələrində Mərdəkan qəsəbəsi ərazisində yerləşən zoomarketə gələn 2 nəfər oranın sahibi H.Babayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək cibindən 14 000 manatı götürüb hadisə yerini tərk ediblər.
H.Babayev xəstəxanaya yerləşdirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Əliyev və Ə.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma aparılır.
banner

Oxşar Xəbərlər