• çərşənbə, 17 Aprel, 03:53
  • Baku Bakı 14°C

Bakıda yeni rəsm müsabiqəsinə start verilib

04.02.17 20:00 1423
Bakıda yeni rəsm müsabiqəsinə start verilib
Bakıda ölkəmizin turizm potensiyalını təbliğ etmək məqsədilə müxtəlif yaş kateqoriyasına mənsub rəssamların qatıla biləcəyi "Bura Azərbaycandır” adlı rəsm müsabiqəsinə start verilib.
AZƏRTACxəbər verir ki, ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə gerçəkləşən rəsm müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Bakı Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Müsabiqənin təşkil olunmasında məqsəd turizm sektorunun inkişafında rəssamların rolunu artırmaq və şəhərimizin qonaqlarını milli rəsm nümunələri ilə tanış etməkdən ibarətdir. Müsabiqə iştirakçıları öz işlərini əsasən kağız üzərində fərqli üslublarda işləməli, ölçüsü 30x40 santımetrdən böyük olmayan sənət əsərləri təqdim etməlidirlər. Müsabiqənin son qeydiyyat tarixinə aprelin 5-də yekun vurulacaq.
Müsabiqənin yekun sərgisi mayın 12-də açılacaq.




banner

Oxşar Xəbərlər