• çərşənbə axşamı, 23 aprel, 17:13
  • Baku Bakı 24°C

Bakıda yaşayış binasında yanğın olub, 3 nəfər xilas edilib, 35 nəfər təxliyə olunub

17.05.17 09:25 1546
Bakıda yaşayış binasında yanğın olub, 3 nəfər xilas edilib, 35 nəfər təxliyə olunub
Bakıda yaşayış binasında yanğın baş verib.APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci girişində baş verib. Nəticədə girişin şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkan qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilib, 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
banner

Oxşar Xəbərlər