• cümə axşamı, 28 mart, 19:33
  • Baku Bakı 13°C

Bakıda Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin qurultayı keçiriləcək

25.08.16 18:33 763
Bakıda Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin qurultayı keçiriləcək
Bu gün SOCAR prezidenti Rövnəq Abdullayevlə "Türkiyə Petrolleri A.O” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündarın görüşü olub.

SOCAR-dan "APA-Economics”ə verilən məlumata görə, görüşdə Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının bu ilin oktyabrında Bakıda keçiriləcəyi haqqında SOCAR prezidentinə məlumat verilib. Bildirilib ki, builki qurultay Heydər Əliyevin xatirəsinə həsr olunacaq.

Türk Dünyası Mühəndislər və Memarlar Birliyi 2016-cı ili Heydər Əliyev irsinin öyrənilməsi ili elan edib. "Energetika və nəqliyyatda meqa-layihələr” adı altında təşkil olunacaq bu mötəbər tədbirin açılışında və işində Türkiyənin baş naziri Binəli Yıldırımın iştirak edəcəyi qeyd olunub.

Təşkilat Komitəsi tərəfindən SOCAR prezidentini Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin fəxri üzvü kimi qurultaya dəvət etmək haqqında qərar qəbul olunduğu bildirilib.

S. Dündar Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Demirçinin imzaladığı dəvətnaməni SOCAR prezidenti Rövnəq Abdullayevə təqdim edib.

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının Heydər Əliyevin xatirəsinə həsr olunmasını və Bakıda keçirilməsini yüksək qiymətləndirən R. Abdullayev qurultayın fəxri nümayəndəsi statusuna layiq görüldüyü üçün təşəkkürünü bildirib.
banner

Oxşar Xəbərlər