• cümə axşamı, 18 aprel, 20:00
  • Baku Bakı 21°C

Bakıda "Tullantıdan sənətə" sərgisi keçiriləcək

29.09.17 14:00 2575
Bakıda "Tullantıdan sənətə" sərgisi keçiriləcək
Oktyabrın 1-dən 10-dək Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü, "Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə 6-cı Beynəlxalq "Tullantıdan sənətə” sərgisi keçiriləcək.
"Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, müxtəlif məişət tullantılarından hazırlanan sənət əsərlərinin təqdim ediləcəyi sərgidə bu il Azərbaycan, Türkiyə, İran, Ukrayna, Hindistan, ABŞ, Böyük Britaniya, Rusiya və Almaniyanın incəsənət nümayəndələri iştirak edəcəklər.
Sərginin məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.
banner

Oxşar Xəbərlər