• cümə axşamı, 28 mart, 23:01
  • Baku Bakı 13°C

Bakıda “Transformasiya” adlı rəsm sərgisi açılacaq

05.03.17 10:23 1169
Bakıda “Transformasiya” adlı rəsm sərgisi açılacaq
Martın 14-də Bakıda tanınmış rəssam Həmid Məhərrəmovun "Transformasiya” adlı fərdi rəsm sərgisi açılacaq.
AZƏRTACxəbər verir ki, "Gallery 1969”da reallaşacaq sərgi Mədəniyyət və Turizm Nazirliyinin və "Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə təşkil olunacaq.
Sərgidə rəssamın müasir Azərbaycan incəsənətinin xarakterik cəhətlərini əks etdirən sənət əsərləri yer alacaq. Rəssamın rəngkarlıq janrında olan əsərləri öz subyektivliyi və qеyri-nоrmativliyi ilə cəmiyyətin sosial həyatının ümumi anlayış kontekstindən çıxarılaraq, dərin fərdi və subyektiv еmоsiyalarının, bəzən özünün də sonadək aça bilmədiyi həyəcanların, hiss və ideyaların ifadəsi kimi təqdim edilir.
Qeyd edək ki, 2001-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan rəssam hazırda Respublika İncəsənət Gimnaziyasında müəllim kimi fəaliyyət göstərir. Onun yaradıcılığı üçün janr və mövzu məhdudiyyəti yoxdur. Rəssamın yağlı boya ilə çəkilmiş "İçərişəhər”, "20-ci ölçü”, "Göy türk”, "Şaman”, "Reinkarnasiya”, "Kəndin mənzərəsi”, ”Osmanlı padşahı gənc Osman”, "Quba mənzərəsi” və digər tabloları bədii-estetik tutumuna görə diqqət çəkən sənət nümunələridir.
banner

Oxşar Xəbərlər