• cümə axşamı, 28 mart, 16:49
  • Baku Bakı 16°C

Bakıda torpağın qiyməti aşağı düşüb

19.08.17 22:45 1458
Bakıda torpağın qiyməti aşağı düşüb
İyul ayı ərzində daşınmaz əmlak bazarında bütün sahələr üzrə qiymətlər aşağı düşüb.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, torpaq bazarında qiymətlərdə ay ərzində 1.46 faiz azalma, il ərzində isə 5.2 faiz artım olub.
Onun sözlərinə görə, kommersiya obyektləri bazarında azalma ay ərzində 6.89 faiz, il ərzində isə 17.48 faiz təşkil edib.
N.İbrahimov bildirib ki, qiymətlərdə azalmanı yay mövsümü ilə əlaqələndirmək olar. Onun sözlərinə görə, yay ayları olduğundan daşınmaz əmlak bazarında aktivlik xeyli aşağı düşüb.
banner

Oxşar Xəbərlər