AZE | RUS | ENG |


Bakıda Tanqo Festivalı

Bakıda Tanqo Festivalı
4-7 oktyabr tarixində pulsuz tanqo dərsləri, rəqs performansları və canlı musiqi sədaları ilə Argentina Tanqosuna həsr olunmuş beynəlxalq tədbir olan İlk Bakı Tanqo Festivalı keçiriləcək.

Festival yerli rəqs məktəbləri olan   "I.N. Tango Baku", "Tango ON" və "R&N-Project Dance School"-un dəstəyi, Passage 1901 restoranının sponsorluğu ilə Azərbaycandakı Argentina Səfirlyi tərəfindən təşkil olunub. Bütün dərslər və tədbirlər pulsuzdur.

Bu ilk nəşrin əsas məqsədi həmişə Tanqo oynamağı düşünən, lakin ilk addımı atmağa cəsarət etməyən insanlardır. Buna görə Argentina və Gürcüstandan dəvət olunan müəllimlərlə hər gün yeni başlayanlar üçün (və orta səviyyə) dərslər keçiriləcək.

Şənbə günü ayın 7-də Açılış Milonqası (milonqa spontan sosial rəqslər üçün insanların bir yerə yığılmasıdır) və Çakarera dərsi (Argentina folklore musiqisinin digər bir növü) də keçiriləcək.

Şənbə günü axşam yeni başlayanlar üçün 19:00 dərslərindən dərhal sonra  Festivalın ən maraqlı hissəsi, Qala Milonqa başlayacaq: axşam saat 20:00-dan etibarən qonaqlar yerli musiqiçilər Aleksey Miltix(violonçel), Ceyla Seyidova(skripka) və Səidə Tağızadənin (piano) müşayəti ilə canlı tanqo musiqisi sədaları altında rəqs etməkdən həzz alacaqlar. Fasilələr zamanı qonaq və yerli müəllimlər  bu audivizual səhnəni tamamlayaraq qısa  rəqs performansları nümayiş etdirəcəklər
 
Festivalı tam proqramını və ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: https://www.facebook.com/events/175019413073458/ 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2469
TRY 1 Türk lirəsi 0.4627
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0063
CHF 1 İsveçrə frankı 1.7339
USD 1 ABŞ dolları 1.7001