• şənbə, 20 Aprel, 04:46
  • Baku Bakı 15°C

Bakıda taekvando üzrə komandalararası dünya çempionatı keçiriləcək

04.12.16 12:53 1506
Bakıda taekvando üzrə komandalararası dünya çempionatı keçiriləcək
Dekabrın 9-10-da Bakıda taekvando üzrə Qran-pri turnirinin final mərhələsi, dekabrın 12-13-də isə komandalararası dünya çempionatı keçiriləcək.
AZƏRTACxəbər verir ki, Dünya Taekvando Federasiyasının və Azərbaycan Taekvando Federasiyasının birgə təşkilatçılığı ilə "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək beynəlxalq Qran-pri turnirinin finalında dünyanın reytinqli 16 kişi və qadın taekvandoçuları mübarizə aparacaqlar. Turnirin qalibləri 6 min dollar və 80 reytinq xalı, finalçılar 3 min dollar və 48 reytinq xalı, bürünc medala layiq görülən idmançılar isə 1000 dollar və 28.8 reytinq xalı əldə edəcəklər.
Dekabrın 12-13-də keçiriləcək milli komandalar arasında dünya çempionatında isə səkkiz yığma yarışacaq.
Dekabrın 11-də təşkil olunacaq qala-gecə mərasimində ilin ən yaxşı taekvandoçusu, ən yaxşı məşqçisi, ən yaxşı hakimi və ən yaxşı milli federasiyası mükafatlandırılacaq.
Xatırladaq ki, kişilərdən ibarət yığmamız ötən il Meksikada təşkil edilmiş komandalararası dünya çempionatının qalibi olub.
banner

Oxşar Xəbərlər