• çərşənbə, 24 Aprel, 23:42
  • Baku Bakı 23°C

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli sayda yaralı var

22.11.17 10:40 2315
Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli sayda yaralı var
Bakı-Qazax magistral yolunun 16-cı kilometrliyində, paytaxtın Qaradağ rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.APATV xəbər verir ki, avtoqəza zamanı 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, 149 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu sərnişinlərin düşməsi üçün yolun kənarında dayanıb. Bu vaxt eyni istiqamətlə hərəkət edən "Howo" markalı yük maşını arxadan avtobusa çırpılıb.
Nəticədə avtobusda olan sərnişinlərdən 10 nəfəri xəsarət alıb. Yaralılar 1 saylı Xəstəxanaya çatdırılıb. Onlardan 2 nəfəri evə buraxılsa da, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir.
Yol qəzasının təfərrüatlarını Baş Dövlət Yol Polisi İdarəsinin istintaqçıları araşdırır.
banner

Oxşar Xəbərlər