• cümə, 19 Aprel, 21:11
  • Baku Bakı 24°C

Bakıda sərnişin avtobusu qəzaya düşdü: ölən var

02.12.14 16:26 931
Bakıda sərnişin avtobusu qəzaya düşdü: ölən var
Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası bu gün Rizvan Teymurov küçəsi-20 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1938-ci il təvəllüdlü Gülüş Daşdəmir oğlu Mənsimovun idarə etdiyi 10-FU-680 dövlət nömrə nişanlı, “VAZ 21-012” markalı minik avtomobili ilə, 1974-cü il təvəllüdlü Gözəl Novruz oğlu Əhmədovun idarə etdiyi, 212 saylı xətt üzrə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusu toqquşub. Qəza zamanı ağır bədən xəsarəti alan G. Mənsimov 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.
banner

Oxşar Xəbərlər