• cümə, 26 Aprel, 06:51
  • Baku Bakı 12°C

Bakıda razılaşdırılmamış küçə yürüşünə cəhd edilib

09.09.20 16:27 799
Bakıda razılaşdırılmamış küçə yürüşünə cəhd edilib
Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd etmişdir.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə bildirilib ki, ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınmış, iştirakçılar ərazidən uzaqlaşdırılmışlar.
Saxlanılan və ya həbs edilən olmamışdır.
banner

Oxşar Xəbərlər