AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakıda qurbanlıq heyvanların yarmarkaları bu ərazilərdə təşkil olunacaq - Siyahı

Bakıda qurbanlıq heyvanların yarmarkaları bu ərazilərdə təşkil olunacaq - Siyahı

Cəmiyyət
14 Oktyabr 2013, 12:28 1404
Oktyabrın 15-də səhər saatlarından etibarən Qurban Bayramı ilə əlaqədar Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq. Bu barədə Trend-ə bazar ertəsi İİN-dən daxil olan məlumatda deyilir.

Yarmarkalar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlarının heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə təşkil olunacaq. Məlumatda satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacağı bildirilir. Satış yarmarkaları oktyabrın 15-16-da fəaliyyət göstərəcək.

Habelə məlumatda qurbanlıq heyvanların satışının təşkil olunacağı ünvanlar da göstərilib:

Qaradağ rayonu

- Lökbatan qəsəbəsi, "Meyvəli" bazarının yanı;
- Sahil qəsəbəsi, Mədəniyyət evinin yanı;

Səbail rayonu
- Bibiheybət yolu, "Azpetrol" yanacaq doldurma məntəqəsinin yanı;
- 20-ci sahə dairəsi, Ticarət cərgəsinin arxasındakı boş sahə;

Yasamal rayonu
- Şərifzadə küçəsi, 196, "İdeal" şadlıq sarayının həyəti;

Binəqədi rayonu
- 8-ci mikrorayon, C.Xəndan küçəsi və Atatürk prospektinin kəsişməsi;
- Rəsulzadə qəsəbəsi, Binəqədi şosesinin sağ tərəfi, "Baksol" yolu ilə kəsişmənin yanı;
- Biləcəri qəsəbəsi, T.Yaqubov 12 A, (Bələdiyyənin qarajı);
- Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 78, Qəsəbə mərkəzi;

Nərimanov rayonu

- Əliyar Əliyev küçəsi, 26, Keşlə bazarının yanı;

Nizami rayonu
- R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsi, "Milord" restoranının yanı;

Xətai rayonu
- Nobel prospekti, "Nargilə" kafesinin yanı;
- Gəncə prospekti, "Fərid" şadlıq evinin qarşısı;

Sabunçu rayonu
- Bakıxanov qəsəbəsi, dəmiryolu stansiyasının arxa hissəsi;
- Zabrat-Kürdəxanı yolu, Zabrat dairəsi;

Suraxanı rayonu
- Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, Tikiş sexinin yanı;
- Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, "Bakı Toxuculuq" ASC-nin yanı;
- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, "Neftçi" stadionunun yanı;
- Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 114 saylı yaşayış evinin yanı;
- Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı;

Xəzər rayonu
- Binə qəsəbəsi, Əliağa Vahid küçəsi 6, Sovxoz yolu;
- Qala qəsəbəsi, Dəmiryolçular küçəsi, Qala dəmiryolu stansiyasının yanı;
- Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, Mərdəkan qəsəbəsinin girişi, "Bank of Baku"nun qarşısı;