AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakıda qurbanlıq heyvanların satışı təşkil ediləcək yerlər - Siyahı

Bakıda qurbanlıq heyvanların satışı təşkil ediləcək yerlər - Siyahı

Cəmiyyət
07 Oktyabr 2013, 16:11 1050
Azərbaycan paytaxtında Qurban bayramı münasibətilə qurbanlıq heyvanların satışı təşkil ediləcək.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışını təşkil edəcəklər.

Qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil olunacaq:

Qaradağ rayonu
- Lökbatan qəsəbəsi, “Meyvəli” bazarının yanı;
- Sahil qəsəbəsi, Mədəniyyət evinin yanı;

Səbail rayonu
- Bibiheybət yolu, “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanı;
- 20-ci sahə dairəsi, Ticarət cərgəsinin arxasındakı boş sahə;

Yasamal rayonu
- Şərifzadə küçəsi, 196, “İdeal” şadlıq sarayının həyəti;

Binəqədi rayonu
- 8-ci mikrorayon, C.Xəndan küçəsi və Atatürk prospektinin kəsişməsi;
- Rəsulzadə qəsəbəsi, Binəqədi şosesinin sağ tərəfi, “Baksol” yolu ilə kəsişmənin yanı;
- Biləcəri qəsəbəsi, T.Yaqubov 12 A, (Bələdiyyənin qarajı);
- Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 78, Qəsəbə mərkəzi;

Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi, 26, Keşlə bazarının yanı;

Nizami rayonu
- R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsi, “Milord” restoranının yanı;

Xətai rayonu
- Nobel prospekti, “Nargilə” kafesinin yanı;
- Gəncə prospekti, “Fərid” şadlıq evinin qarşısı;

Sabunçu rayonu
- Bakıxanov qəsəbəsi, dəmiryolu stansiyasının arxa hissəsi;
- Zabrat-Kürdəxanı yolu, Zabrat dairəsi;

Suraxanı rayonu
- Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, Tikiş sexinin yanı;
- Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, “Bakı Toxuculuq” ASC-nin yanı;
- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, “Neftçi” stadionunun yanı;
- Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 114 saylı yaşayış evinin yanı;
- Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı;

Xəzər rayonu
- Binə qəsəbəsi, Əliağa Vahid küçəsi 6, Sovxoz yolu;
- Qala qəsəbəsi, Dəmiryolçular küçəsi, Qala dəmiryolu stansiyasının yanı;
- Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, Mərdəkan qəsəbəsinin girişi, “Bank of Baku”nun qarşısı.