• cümə, 26 Aprel, 01:14
  • Baku Bakı 16°C

Bakıda qadınlar arasında dava düşdü, yaralanan var

18.07.13 10:31 1288
Bakıda qadınlar arasında dava düşdü, yaralanan var
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Salyan yolu 13 ünvanında yerləşən “Şərur” kafesində qeydə alınıb. Həmin kafedə içkili vəziyyətdə olan qadın müştərilər arasında baş verən davada 1983-cü il təvəllüdlü Tünzalə Lətifova xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Araşdırmalar zamanı T. Lətifovaya xəsarət yetirən şəxsin 1974-cü il təvəllüdlü Nərminə Əliyeva olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər