• cümə, 19 Aprel, 05:09
  • Baku Bakı 18°C

Bakıda qadına seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxsə bəraət verilib

29.02.20 13:45 1419
Bakıda qadına seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxsə bəraət verilib
Xətai rayon Məhkəməsində qadına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Çingiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Ç. Məmmədovun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barəsində bəraət hökmü çıxarılıb.
Qərardan narazı qalan zərərçəkmiş şəxs hökmdən apelyasiya şikayəti və prokurorluq isə protest verib.
Qeyd edək ki, Ç. Məmmədov paytaxtın Xətai rayon ərazisində tanış olduğu Nigara (şərtdir) qarşı seksual xarakterli hərəkətlər edib. Zərərçəkənin şikayəti üzrə polis əməkdaşları tərəfindən Ç. Məmmədov saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.
banner

Oxşar Xəbərlər