• çərşənbə, 24 Aprel, 12:20
  • Baku Bakı 27°C

Bakıda polis əməkdaşının qətli ilə bağlı RƏSMİ məlumat

25.02.20 13:07 1739
Bakıda polis əməkdaşının qətli ilə bağlı RƏSMİ məlumat
Daxili İşlər Nazirliyi (DİN) Bakıda polis əməkdaşının qətli ilə bağlı məlumat yayıb.
DİN-dən Trend-ə verilən məlumata görə, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlinərək müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.
Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı - A.Ramazanov saxlanılıb.
Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
banner

Oxşar Xəbərlər