• cümə, 29 Mart, 13:24
  • Baku Bakı 14°C

Bakıda paradla görə bağlanmış yollar nə vaxt açılacaq?

20.06.13 11:02 2181
Bakıda paradla görə bağlanmış yollar nə vaxt açılacaq?
Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, hərbi paradla bağlı paytaxtın Azadlıq meydanı istiqamətində nəqliyyatın hərəkəti parad bitənə qədər bağalanacaq.
V. Əsədov həmçinin bildirib ki, parad keçirilən ərazidə təhlükəsizliyi təmin etmək məqsədi ilə, Neftçilər prospekti ilə Kövkəb xanım Səfərəliyeva küçəsinin kəsişməsindən Rəşid Behbudov küçəsinin kəsişməsinə qədər avtomobilin hərəkəti məhdudlaşdırılıb.
Şöbə rəisi sürücülərə müraciətində bildirib ki, göstərilən istiqamətlərdə alternativ yollardan istifadə etsinlər.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Silahlı Qüvvələr günü münasibətilə iyunun 26-da keçiriləcək hərbi parada hazırlıqla əlaqədar Neftçilər prospektinin Azadlıq prospekti ilə kəsişmədən Yusif Səfərov küçəsi ilə kəsişməsinə qədər (Hökumət evinin qarşısı) olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu səbəbdən Üzeyir Hacıbəyov küçəsində nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli edilib.
banner

Oxşar Xəbərlər