• şənbə, 20 Aprel, 03:03
  • Baku Bakı 15°C

Bakıda “Miqrasiya idarəetmə sahəsində əhatəli və səmərəli siyasət və təcrübə” adlı müzakirələr keçirilib

24.07.17 15:31 1475
Bakıda “Miqrasiya idarəetmə sahəsində əhatəli və səmərəli siyasət və təcrübə” adlı müzakirələr keçirilib
Bakıda Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Dövlət Miqrasiya Xidmətinin dəstəyi ilə "Pasportların yoxlanılması proseduru üzrə metodik vəsait" kitabının təqdimatı və "Miqrasiya idarəetmə sahəsində əhatəli və səmərəli siyasət və təcrübə” adlı müzakirələr keçirilib.
APA-nın məlumatına görə, təqdimatda çıxış edən BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak metodik vəsait haqqında məlumat verib.
O qeyd edib ki, kitab ikinci nəşr olaraq 200 nüsxədə çap olunub. Bildirilib ki, ABŞ Dövlət Departamentinin Narkotiklər və Hüquq Mühafizəyə dair Beynəlxalq Məsələlər üzrə Bürosunun (INL) maliyyə dəstəyi ilə 2015-ci il sentyabrın 24-dən etibarən Azərbaycan RespublikasıDövlət Sərhəd Xidməti(DSX) ilə birgə həyata keçirilən "Azərbaycanda inteqrə edilmiş sərhəd idarəçiliyi üzrə milli potensialın gücləndirilməsi” adlı geniş əhatəli layihə çərçivəsində BMqT DSX-nın Baş Qərargahı və Akademiyasının istifadəsi üçün vəsaitin ikinci nəşri Azərbaycan dilində çap etdirilib.
Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr Baş İdarəsinin rəis müavini polkovnik Murad Nağıyev bildirib ki, bu cür metodiki vəsaitlərin hazırlanması çox əhəmiyyətlidir. Onun sözlərinə görə, Azərbaycan RespublikasıDövlət Sərhəd Xidmətiyarandığı gündən bu günədək aparıcı ölkələrin müəyyən qurumları ilə sənədlərin təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edir: "Bu çərçivədə müəyyən addımlar atılıb və müxtəlif tədbirlər görülüb”.
BMqT-nin İmmiqrasiya və Sərhəd İdarəçiliyi üzrə proqramının rəhbəri xanım Meltem Ersan isə layihədən və nailiyyətlərdən ətraflı bəhs edib, BMqT Tanzaniyanın İmmiqrasiya və Sərhəd İdarəçiliyi üzrə təlim mütəxəssisi Qoncalves Nelson Qarcao isə "Pasportların yoxlanılması proseduru üzrə" metodik vəsaitin ikinci nəşrinin əhəmiyyətindən danışıb.
Müzakirələr zamanı Dövlət Miqrasiya Xidmətinin beynəlxalq əməkdaşlıq üzrə departamentinin rəhbəri Kayan Hacıyev bildirib ki, miqrasiyanın tənzimlənməsi və miqrantların hüquqlarının müdafiəsi Azərbaycan üçün vacib məsələdir: "İndi öz tarixi vətəninə qayıdan vətəndaşların, həmçinin xarici miqrantların sayının artması müşahidə olunur. Son illər Azərbaycanda istirahət edən turistlərin sayının artması müşahidə olunur. Bu səbəbdən Müvafiq miqrasiya xidmətlərinin təkmilləşdirilməsi vacibdir”.
O eyni zamanda bu sahədə aparılan islahatlar, xüsusilə Azərbaycanda miqrasiya sahəsində elektron xidmətlərin yaradılması haqqında danışıb.
Sonra "Miqrasiyanın idarə olunması", "Sərhədlərin idarə olunması", "Səmərəli əmək miqrasiyası üçün siyasət və praktik tədbirlər" mövzusunda panel müzakirələri keçirilib.
Bildirilib ki, müzakirələrdə irəli sürülən təkliflər 2016-ci il sentyabrın 19-dəBMT-də qəbul edilmiş "Qaçqın və miqrantlar barədə Nyu-York bəyannaməsi" adlı qlobal sənədə dəstək prosesində Azərbaycanın səyləri kimi təqdim olunacaq.
banner

Oxşar Xəbərlər