Bakıda mağazadan 2 min manatlıq oğurluq edən şəxs tutulub
Bakıda mağazadan 2 min manatlıq oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də rayon ərazisindəki mağazaların birindən 2000 manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Y.Musayev saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.