• şənbə, 20 Aprel, 04:40
  • Baku Bakı 15°C

Bakıda mağazada oğurluğa cəhd edən şəxslər saxlanıldı

21.12.19 15:00 709
Bakıda mağazada oğurluğa cəhd edən şəxslər saxlanıldı
Polis əməkdaşlarının çevikliyi və operativliyi ilə oğurluğa cəhd edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 20-də saat 16 radələrində Səbail rayonunun R.Rza küçəsindəki mağazaların birində oğurluğa cəhd göstərən 2 nəfər həmin ərazidə xidmət aparan DİN BİTİ-nin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən saxlanılıb.
Səbail RPİ-nin 39-cu Polis Bölməsinə təhvil verilən şəxslərin paytaxt sakinləri N.Həsənova və əvvəllər soyğunçuluğa görə məhkum olunmuş R.Seyidov olduqları müəyyən edilib.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla N.Həsənovanın Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da məlum olunub.
banner

Oxşar Xəbərlər