• çərşənbə axşamı, 19 mart, 06:46
  • Baku Bakı 8°C

Bakıda "London taksisi" qəza törədib

29.06.17 09:30 1327
Bakıda "London taksisi" qəza törədib
Bakıda "London taksisi" işıqforun sarı işığında keçərək qəza törədib.
"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, sürücü Ruslan Qarayev idarə etdiyi "London taksisi" ilə Abbasqulu Ağa Bakıxanov küçəsi ilə hərəkət edən zaman işıqforun sarı işığına məhəl qoymayaraq yolu keçib vəAzadlıq prospekti ilə hərəkətdə olan "Azsamand" markalı avtomobil ilə toqquşub. R. Qarayev "Report"a müsahibəsində bildirib ki, zərbə o qədər güclü olub ki, "Azsamand" işıqfora, "London taksisi" isə yol nişanına və ağaca çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobil deformasiyaya uğrayıb.
Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtomobillər cərimə meydançasına aparılıb.
Qeyd edək ki, 5 gün bundan əvvəl də həmin ünvanda 3 avtomobilin toqquşması nəticəsində digər işıqfor sıradan çıxıb.
banner

Oxşar Xəbərlər