• cümə, 29 Mart, 14:05
  • Baku Bakı 14°C

Bakıda küçələr axşam saatlarında yuyulub

24.03.20 15:30 1309
Bakıda küçələr axşam saatlarında yuyulub
Artıq bir neçə gündür ki, koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən xüsusi texnikalar vasitəsilə şəhərin küçələrinin yuyulması işləri aparılır.
İcra hakimiyyətindənAZƏRTAC-a bildiriblər ki, bu proses gündəlik olaraq səhər saat 05:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək keçirilir.
Ötən gün axşam saatlarında paytaxtın Nizami, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Yasamal, Nəsimi rayonlarında keçirilən yuyulma işləri bu səhər yenidən Nizami, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Yasamal, Nəsimi və Səbail rayonlarında davam etdirilib. Bu proses paytaxtın bütün rayonlarındakı əsas, köməkçi və ara küçə və yolları əhatə edir.
Bundan əlavə gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinələrində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə kommunal və digər aidiyyəti qurumlar tərəfindən dezinfeksiyaedici tədbirlər aparılır.
Axşam saatlarında keçirilən prosesin foto və videolarını təqdim edirik.
banner

Oxşar Xəbərlər