• cümə, 19 Aprel, 02:25
  • Baku Bakı 18°C

Bakıda “Könüllülər Kuboku” təşkil ediləcək

24.02.20 14:00 1436
Bakıda “Könüllülər Kuboku” təşkil ediləcək
AFFA bu il "Könüllülər ili”nə həsr olunmuş futbol üzrə "Könüllülər Kuboku” təşkil edəcək.
AVRO-2020-nin Bakıda keçiriləcək 4 oyunu üçün seçilən 2020 könüllü arasında martın 7-dən start götürəcək futbol üzrə "Könüllülər Kuboku” AVRO-2020 çərçivəsində təşkil olunan maraqlı idman tədbirlərindən biri olacaq.
AZƏRTACAFFA-nın saytına istinadla xəbər verir ki, "Könüllülər Kuboku”nun keçirilməsində məqsəd həm Bakının ev sahibliyi edəcəyi AVRO-2020 oyunlarında iştirak edəcək könüllülər arasında sağlam həyat tərzini təbliğ etmək, həm də çempionat barədə onları ətraflı məlumatlandırmaqdır.
AVRO-2020-də könüllü olmaq şansını qazanan hər kəs https://euro2020.affa.az/az/volunteers-cup/ keçidinə daxil olub, fərdi şəkildə qeydiyyatdan keçməlidir.
Qeydiyyat üçün son tarix martın 2-də başa çatır.
Qeyd edək ki, Bakıda könüllülərin qeydiyyat mərhələsinə 2019-cu ilin iyun ayından etibarən start verilib. 5 ay ərzində 6797 könüllü namizəd qeydiyyatdan keçib və müraciət sayına görə Bakı şəhəri Avropa çempionatına ev sahibliyi edəcək 12 şəhər arasında ən yüksək göstəriciyə sahibdir.
banner

Oxşar Xəbərlər