• cümə axşamı, 25 aprel, 18:51
  • Baku Bakı 21°C

Bakıda Kino Günü tədbiri

26.07.16 14:42 1822
Bakıda Kino Günü tədbiri
Avqustun 2-də Kino işçilərinin peşə bayramı günüdür. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər il olduğu kimi, həmin gün saat 18:00-da Nizami Kino Mərkəzində bayram tədbiri keçiriləcək.
Mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm” kinostudiyası tərəfindən hazırlanmış Ayaz Salayevin "Qarabağın həsrət salnaməsi” layihəsi və "40-cı paraleldə” kinoalmanaxı təqdim olunacaqdır. Almanaxa "Qara bağ” (rejissor Amil Məmiyev), "Onun atası” (Zamin Məmmədov), "Postskriptum” (Emin Mirabdullayev), "Hədiyyə” (Emin Əfəndiyev) qısametrajlı filmlər daxildir.
Tədbir zamanı bir qrup kino veteranı mükafatlandırılacaq.
banner

Oxşar Xəbərlər