• cümə axşamı, 25 aprel, 21:31
  • Baku Bakı 21°C

Bakıda keçmiş məhkumlar avtomobildən oğurluq ediblər

30.05.20 19:00 849
Bakıda keçmiş məhkumlar avtomobildən oğurluq ediblər
Bakı şəhər sakini V.Aslanovun avtomobilindən noutbuk oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini V.Aslanovun "Audi” markalı avtomobilindən noutbuk oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini C.Həmidov və paytaxt sakinləri, əvvəllər məhkum olmuşlar S.Bayramov və A.Zamanov saxlanılıblar.

banner

Oxşar Xəbərlər