• cümə axşamı, 28 mart, 13:51
  • Baku Bakı 16°C

Bakıda kafedə yanğın baş verib, 3 nəfər xəsarət alıb

15.01.17 10:15 1344
Bakıda kafedə yanğın baş verib, 3 nəfər xəsarət alıb
Bakıda ötən axşam kafedə yanğın baş verib, 3 nəfər xəsarət alıb.APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda 4 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 100 m2 olan kafedə baş vermişdir. Yanğın nəticəsində kafenin yanar konstruksiyaları, içərisindəki əşyalar 56 m2 sahədə və 2-ci mərtəbədə vətəndaşa məxsus mənzilin eyvanında lambirdən ibarət şkaf, 1 ədəd pəncərə çərçivəsi, 1 ədəd kondisioner yanmış, yüksək temperaturdan lambirdən ibarət tavan 9 m2 sahədə əriyib. Yanğın zamanı 3 nəfər xəsarət alıb. Yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
banner

Oxşar Xəbərlər