Bakıda

Bakıda "Jeep Wrangler" 45 yaşlı kişini vurub öldürdü

Kriminal
23 Oktyabr 2019, 21:32 202
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.
Bakı-Mərdəkan avtomobil yolunda 1953-cü il təvəllüdlü Rüstəmov Aqil Əli oğlu idarə etdiyi "Jeep Wrangler" markalı 90 VV 551 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən 40-45 yaşlı kişini vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb, hazırda meyitin şəxsiyyəti müəyyən edilir.