Bakıda italyan bəstəkarın operasının tamaşası keçiriləcək

Bakıda italyan bəstəkarın operasının tamaşası keçiriləcək

Mədəniyyət
06 Noyabr 2019, 09:21 381
Noyabrın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Rudjero Leonkovallonun "Payatsı”operasının tamaşası keçiriləcək.
Teatrdan Trend-ə verilən məlumata görə, tamaşanı idarə etmək üçün Teatrın rəhbərliyi tanınmış İtaliyalı dirijor - Makedoniya Dövlət Opera və Balet Teatrının baş dirijoru, professor Yakopo Sipari di Peskasserolini dəvət etmişdir. Maestro Sipari eyni zamanda Qətər simfonik orkestri, İstanbul Milli simfonik orkestri, Belqrad Milli Teatrı orkestri və Meksika simfonik orkestrinin dəvətli dirijorudur.
Opera tamaşasında baş rolu - Kanio partiyasını Tbilisi Dövlət Opera və Balet Teatrının solisti, Gürcüstanın Xalq artisti, Gürcüstanın Dövlət mükafatı, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili ifa edəcəkdir.
Tonio rolunda Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun Əməkdar artisti, beynəlxalq müsabiqələrinin laureatı Stanislav Trifonov çıxış edəcəkdir.
Tamaşada həmçinin Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Nedda), Cahangir Qurbanov (Silvio), Əliəhməd İbrahimov (Arlekin) və Tural Ağasıyev (Kəndli) çıxış edəcəklər.