AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakıda İslam Əməkdaşlıq Təşkilatının iclası keçirilir

Bakıda İslam Əməkdaşlıq Təşkilatının iclası keçirilir

Siyasət
19 İyun 2013, 09:20 1007
APA-nın məlumatına görə, müsəlman 14 müsəlman ölkəsindən deputatlar, eləcə də müsəlman ölkələrinin Azərbaycandakı səfirləri iştirak edir.

İclas Qurani-Kərimdən ayələr oxunmaqla açılıb. Azərbaycan tərəfdən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun və Azərbaycanın İƏTPİ-də nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyevanın qatıldığı iclasın gündəliyinə 11 məsələ daxil edilib.

İki gün davam edəcək iclasda İƏT Pİ-nin baş katibinin hesabatı dinləniləcək. Müzakirələr İslam ölkələri arasında siyasi və iqtisadi əlaqələri, biznes sahəsində əməkdaşlığı, ətraf mühit, insan hüquqları, ailə və qadın məsələlərini əhatə edəcək. İclasın sonunda birgə bəyannamənin imzalanması gözlənilir.