• cümə axşamı, 28 mart, 18:13
  • Baku Bakı 13°C

Bakıda insan hüquqları mövzusunda beynəlxalq konfrans keçirilib

08.12.17 12:20 3461
Bakıda insan hüquqları mövzusunda beynəlxalq konfrans keçirilib
"Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilib.
APA-nın xəbərinə görə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, konfrans 10 dekabr - Beynəlxalq İnsan Hüquqları gününə həsr olunur. Ombudsman qeyd edib ki, Azərbaycan dövləti üçün insan hüquqları prioritet məsələdir.
E. Süleymanova Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra çoxsaylı beynəlxalq konvensiyaya qoşulduğunu xatırladıb.
Milli Məclissədrinin müaviniBahar Muradovadeyib ki, Azərbaycanda insanların hüquqlarını təmin edən qanunvericilik aktları qəbul edilib, dini inanclar qanunla qorunur: "Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin hüquqları müəyyən istisnalarla təmin edilir. Qeyd etmək istərdim ki,Milli MəclisOmbudsman İnstitutu ilə çox sıx əməkdaşlıq edir. 15 ildə Ombudsman İnstitutu Azərbaycanda möhkəmlənib".
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, 1948-ci ildə Ümumdünya İnsan Hüquqları bəyannaməsi qəbul edilib: "Ümumdünya İnsan Hüquqları bəyannaməsi özündə universal dəyərlər öz əksini tapıb. 1948-ci ildə bəyannamədə qeyd olunan məsələlər bu gün də aktualdır"
Q. İshaqzai Azərbaycanın müvafiq hesabatlarıBMT-nin aidiyyəti qurumlarına vaxtında təqdim etdiyini vurğulayıb.
Tədbir çıxışlarla davam etdirilib.
banner

Oxşar Xəbərlər