• cümə, 29 Mart, 18:02
  • Baku Bakı 14°C

Bakıda iki polisin ölümü ilə nətcələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb

10.11.17 15:50 1389
Bakıda iki polisin ölümü ilə nətcələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb
Bakıda polis əməkdaşları qəzaya düşüb.
Xəzər rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, hadisə bu gün saat 07.30 radələrində paytaxtın Xəzər rayonu ərazisində, Buzovna-Bilgəh kəndiyolunda qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus, polis nəfəri, 1982-ci il təvəllüdlü Qoşqar Salman oğlu Kərimovun idarə etdiyi "Fiat Doblo” markalı, 90 AP 232 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı hasara çırpılıb.
Nəticədə sürücü və maşında olan polis nəfəri, 1987-ci il təvəllüdlü Elnur Eldar oğlu Məsimov ölüb.
Avtomobildə olan daha bir polis nəfəri, 1985-ci il təvəllüdlü Kamal Aftandil oğlu Vəliyev xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, qəza barədə xəbəri ilk olaraq lent.az yayıb.
banner

Oxşar Xəbərlər