• cümə, 29 Mart, 11:19
  • Baku Bakı 5°C

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşının cinayət işi məhkəməyə qaytarılıb

23.06.17 17:38 1595
Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşının cinayət işi məhkəməyə qaytarılıb
Bakıda həbs edilən Rusiya vətəndaşı, erməni əsilli Marat Ueldanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrlik etdiyi ilkin baxış iclasında bəzi sənədlərin rus dilində olduğu və Azərbaycan dilinə tərcümə edilmədiyi məlum olub. Bu səbəbdən cinayət işi baxışdan çıxarılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Həmin problem həll edildikdən sonra iş yenidən Bakı Apellyasiya Məhkəməsində araşdırılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M. Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti hökmdən verilib. O, barəsində bəraət hökmü çıxarılmasını istəyib.
Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotiklərin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.
banner

Oxşar Xəbərlər