AZE | RUS | ENG |


Bakıda hava küləkli olacaq, rayonlara yağış yağacaq

Bakıda hava küləkli olacaq, rayonlara yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, zəif şimal-şərq küləyi  gündüz cənub küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə  23-25° isti, gündüz  32-37° isti, Bakıda gecə  23-25° isti, gündüz  35-37° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan aşağı 757  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz  40-50 % olacaq.  Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°,Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarına gəlincə, avqustun 14-də hava şəraiti yağmursuz olacaq. Lakin səhər və gündüz bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz  33-38° isti, dağlarda gecə 15-20°, gündüz  26-31° isti olacağı gözlənilir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7078
GBP 1 İngilis funt sterlinqi 2.1893
TRY 1 Türk lirəsi 0.4808
KWD 1 Küveyt dinarı 5.6309
SEK 1 İsveç kronu 0.2106
EUR 1 Avro 1.9972
CHF 1 İsveçrə frankı 1.7483
USD 1 ABŞ dolları 1.7008