• şənbə, 20 Aprel, 13:41
  • Baku Bakı 23°C

Bakıda hava dəyişməyə başladı

23.02.21 17:15 911
Bakıda hava dəyişməyə başladı
Paytaxtda səhər saatlarından etibarən günəşli olan hava artıq dəyişməyə başlayıb.
Trend-in məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd olunduğu kimi, 23 fevral tarixində axşama doğru hava şəraiti dəyişir.
Məlumatda bildirilmişdi ki, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.
Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər