• cümə, 29 Mart, 06:09
  • Baku Bakı 5°C

Bakıda hava buludlu olacaq, arabir yağış yağacaq

12.01.17 14:28 1389
Bakıda hava buludlu olacaq, arabir yağış yağacaq
Bakı və Abşeron yarımadasında yanvarın 13-də buludluhavaşəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 2-4° isti, gündüz 8-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman, bəzi şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər