• şənbə, 20 Aprel, 03:21
  • Baku Bakı 15°C

Bakıda güclü külək qaçqınları damsız qoydu

23.06.14 15:44 1062
Bakıda güclü külək qaçqınları damsız qoydu
Qafqazinfo xəbər verir ki, bu gün günorta saatlarında Binəqədi rayonu 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən və sovet dövründən yarımçıq qalmış binanın dam örtüyü uçub.
Sakinlərin sözlərinə görə, hazırda qaçqın və məcburi köçkünlərin yaşadığı həmin binanın damını elə bina sakininin özü, Cəbrayıldan olan İsmayıl kişi vurmuşdu. Lakin güclü külək damın uçmasına səbəb olub.
Sakinlər onlara yardım edilməsini və aidiyyəti strukturlardan binaya dam örtüyünün vurulmasını xahiş edirlər.
banner

Oxşar Xəbərlər