• cümə, 29 Mart, 13:49
  • Baku Bakı 14°C

Bakıda gördükləri onu təəccübləndirib

04.10.17 15:30 1382
Bakıda gördükləri onu təəccübləndirib
"Qarabağ”ın norveçli yarımmüdafiəçisi Tarık Elyunussi ölkəsinin mətbuatına müsahibə verib.
Kaspi.az xəbər verir ki, hazırda Norveç millisinin düşərgəsində olan Elyunussi müsahibə zamanı ölkəmiz, "Qarabağ” barədə təəssüratlarını da bölüşüb. O, Bakının çox gözəl şəhər olduğunu deyib:
"Bakı şəhəri çox gözəldir. Burda gördüklərim məni yaxşı mənada təəccübləndirdi. Düzdü, əvvəllər millinin heyətində burda olmuşduq. Ancaq həmin vaxt ancaq stadionda və oteldə olduğumuzdan, şəhər barədə o qədər də təəssüratım yox idi. Burda hündür binalar, gözəl yollar və bahalı restoranlar var. Mən şəhərin bahalı restoranlar olduğu hissəsində yaşayıram”.
Elyunussi "Qarabağ”ın Çempionlar Liqasında "Çelsi” və "Roma” ilə oyunları barədə də danışıb:
"Çelsi” ilə oyuna yeni, 3-5-2 taktiki sxemi ilə başlamışdıq. Daha öncə bu sistemlə oynamamışdıq. Lakin heyətdə itkilərin olması bu taktikanı seçməyimizə səbəb oldu. "Roma” ilə matçda isə öyrəşdiyimiz sistemlə oynadıq. Bu qarşılaşmada daha yaxşı çıxış etdik. Hətta heç-heçə də edə bilərdik.
Məğlubiyyətlərə baxmayaraq, azarkeşlər bizi dəstəkləyirlər. Hətta "Çelsi”yə 0:6 hesabı ilə uduzduqdan sonra da bizə dəstək oldular. Onlar Çempionlar Liqasında çıxış etdiyimizə görə çox şaddırlar”.
Elyunussi Azərbaycanda ən böyük çətinliyinin dillə bağlı olduğunu deyib:
"Artıq bütün oyunçuların adlarını bilirəm. Azərbaycan dili türk və rus dillərinin qarışığıdır. Rus dilindən dərs almağı planlaşdırıram, fikrimcə, bu, maraqlı olacaq. Baş məşqçimiz ingiliscə bir az bilir. Komandada bir çox legioner olduğundan, burda tərcüməçilər də fəaliyyət göstərir. Baş məşqçinin dedikləri ingiliscəyə tərcümə edilir”.
Norveçli futbolçu yerli futbola uyğunlaşmaq üçün vaxta ehtiyacı olduğunu da bildirib:
"Yeni forma yığmağa başlamışam. Azərbaycan çempionatında cəmi 3 oyunda şans qazanmışam. Oyun praktikamın azlığı bu matçlarda hiss olunurdu. Uyğunlaşmaq üçün vaxt lazımdı. Çempionatda 4-2-2-1-1 taktiki sxemi ilə çıxış edirik. Mən hücumçunun arxasında oynayıram. Ancaq Çempionlar Liqasında bir qədər fərqli çıxış edirik. Ola bilsin, "Atletiko” ilə oyunda bu sxemdən istifadə etdik”.
banner

Oxşar Xəbərlər