• cümə axşamı, 18 aprel, 12:44
  • Baku Bakı 22°C

Bakıda “Əzab” nümayiş etdiriləcək

27.04.16 18:25 1939
Bakıda “Əzab” nümayiş etdiriləcək
Bakıda yeni “Əzab” adlı türk filminin premyerası olacaq. Kaspi.az-ın məlumatına görə, ekran əsərinin ilk nümayişi sabah, yəni aprelin 28-də “Cinema Plus” və “Aygün City” kinoteatrında keçiriləcək. Mayın 1-də isə Gəncə sakinləri “Xəmsə Park”-dakı “Cinema Plus” kinoteatrında “Əzab”a tamaşa edə biləcəklər.
Filmə Türkiyənin tanınmış rejissorları Dilek Keser və Ulaş Güneş Kaçargil quruluş verib. Ekran əsərində əsas rolları son illər bir çox maraqlı obrazları ilə yadda qalan və sevilən aktyorlar İrem Deniz, Ayşe Selen, Dilşah Demir, Sonya Dicle Akbaş, Ayşin Yeşim Çapan ifa edir.
Qorxu janrında çəkilən “Əzab” real hadisələr üzərində qurulub. “Cin toyu” filmin əsas mövzusudur. Hadisələr isə məhz bu əhvalat üzərində qurulub. Filmin süjet xətti isə gənc Ayşinin müəllimə kimi təyinatı üzrə Türkiyənin ucqar kəndlərindən birində fəaliyyətə başlaması üzərində qurulub. İnternetdə kənd haqqında məlumat toplayan müəllimə maraqlı bir fakta rast gəlir: kəndin keçmişi cinlərlə bağlı olub. Hadisələrin gərgin gedişatı isə məhz bundan sonra cərəyan etməyə başlayır. Ekran əsəri tamaşaçını daim gərginlikdə saxlamır, film incə yumorlarla da zəngindir.
“Əzab” həyəcan, macəra, yeni faktlar öyrənməyə həvəsi olanlar üçün əsl tapıntıdır.
Filmin operatoru İlker Berke, musiqi müəllifi Saki Çimendir.
Ekran əsərinin treylerləri:
https://www.youtube.com/watch?v=1I06Z47YwtA
https://www.youtube.com/watch?v=RslpIQJnS_0
https://www.youtube.com/watch?v=Vr807T0ZsxA
https://www.youtube.com/watch?v=T90iBwPx4-Y
banner

Oxşar Xəbərlər