• cümə axşamı, 28 mart, 23:29
  • Baku Bakı 13°C

Bakıda evə basqın edərək bir nəfəri öldürən şəxs tutulub

23.06.17 12:40 1700
Bakıda evə basqın edərək bir nəfəri öldürən şəxs tutulub
Bakıda evə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfərə xəsarət yetirməkdəşübhəli bilinən şəxs tutulub.
Hüquq-mühafizə orqanlarındanAPA-ya verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri, 1991-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılıb.
Hazırda hadisəni digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, məlum hadisə ötən gecə paytaxtın Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş "Sovetski") baş verib. Məlumata görə, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu Sənan adlı şəxs 3 nəfərlə birlikdə həmin evə gəlib. Sənan və Mahirə arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü HəsənovLaçınGülbala oğlu müdaxilə etmək istəyiblər.
Dostlarının köməyi ilə Sənan əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetirib.
Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. Mahirə Əliyeva xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər