AZE | RUS | ENG |


Bakıda evdə doğuşla bağlı təcili yardıma 68 müraciət edilib

Bakıda evdə doğuşla bağlı təcili yardıma 68 müraciət edilib
Bu il Bakıda evdə doğuşlarla bağlı təcili tibbi yardıma 68 müraciət daxil olub. APA-nın xəbərinə görə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini İradə Əliyeva bildirib ki, müraciət edənlərin hamısı xəstəxanaya yerləşdirilib.
Onun sözlərinə görə, adətən doğuş bitdikdən sonra təcili yardıma müraciət edilir və körpələr küveyz vasitəsilə xəstəxanalara aparılır. İ.Əliyeva qeyd edib ki, evdə doğuşlar adətən II və III doğuşlar olur: "Bu müraciətlər əsasən periferik stansiyalarda, kəndlərdə, rayondan paytaxta gələn və vaxtından əvvəl qeydə alınan təsadüf doğuşlarla bağlı qeydə alınır. Mərkəzi stansiyalarda, paytaxtın mərkəzi rayonlarında evdə doğuş halları demək olar ki, qeydə alınmır”.
 
İ.Əliyeva qeyd edib ki, pediatrik reanimasiya briqadaları tərəfindən küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-ə qədər körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiyası icra edilib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6298
GBP 1 İngilis funt sterlinqi 2.2523
TRY 1 Türk lirəsi 0.4327
KWD 1 Küveyt dinarı 5.6294
SEK 1 İsveç kronu 0.2003
EUR 1 Avro 1.9959
CHF 1 İsveçrə frankı 1.7121
USD 1 ABŞ dolları 1.7002