• cümə, 29 Mart, 11:56
  • Baku Bakı 5°C

Bakıda çay evində baş verən qətllə bağlı RƏSMİ

18.10.19 13:45 622
Bakıda çay evində baş verən qətllə bağlı RƏSMİ
Daxili İşlər Nazirliyi (DİN) Bakıda çay evində baş verən qətllə bağlı məlumata yayıb.
DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 17-də saat 7 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi M.Davudoğlu küçəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sabir Ələkbərovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə 4-cü Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq ədbirlər həyata keçirilib.
Araşdırmalarla oktyabrın 16-da saat 22 radələrində həmin ünvanda yerləşən "Şərq” çay evində S.Ələkbərovla paytaxt sakini C.Abbasov arasında münaqişə baş verməsi və sonuncunun onu çaydanla vurmasından ölməsi müəyyən edilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən C.Abbasov saxlanılıb.
banner

Oxşar Xəbərlər