• şənbə, 20 Aprel, 02:42
  • Baku Bakı 15°C

Bakıda borca görə axtarışda olan 25 nəfər saxlanıldı

18.03.20 10:52 1356
Bakıda borca görə axtarışda olan 25 nəfər saxlanıldı
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-da 26 cinayətin üstü açılıb.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, onlardan 7-sı əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Qəsdən sağlamlığa ağır zərər vurmaya görə 1, soyğunçuluq üzrə 1, quldurluq üzrə 1, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 7 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 25 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.
banner

Oxşar Xəbərlər