• cümə, 26 Aprel, 07:09
  • Baku Bakı 12°C

Bakıda bir gündə itkin düşən 3 nəfər tapıldı

08.02.20 12:40 3637
Bakıda bir gündə itkin düşən 3 nəfər tapıldı
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də 19 cinayətin üstü açılıb. Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, onlardan 2 əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər