AZE | RUS | ENG |


Bakıda “Beynəlxalq Turizm Günü” adlı festival keçiriləcək

Bakıda “Beynəlxalq Turizm Günü” adlı festival keçiriləcək
27 sentyabr-Ümumdünya Turizm Günü münasibətilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qız qalası meydanında "Beynəlxalq Turizm Günü” adlı festival keçiriləcək.
 
Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, festivalda İndoneziya, Türkiyə, Hindistan, Özbəkistan, Meksika, İran, Macarıstan, Koreya, Yunanıstan, Polşa və digər ölkələrin səfirlikləri iştirak edəcək.  
 
Festivalın keçirilməsində əsas məqsəd mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdən ibarətdir. Belə ki, tədbir iştirakçı ölkələrin milli adət-ənənələri, zəngin mədəniyyəti, tarixi, həmin ölkələr və onların Azərbaycandakı fəaliyyətləri ilə şəhərimizin sakinlərini yaxından tanış etməklə yanaşı, İçərişəhərin turizm potensialını, o cümlədən Azərbaycan mədəniyyəti və tarixinin dünyada tanıdılmasını təmin etmək məqsədi daşıyır.
 
Festivalda iştirak edən ölkələr öz stendlərində ölkələri və Azərbaycandakı fəaliyyətləri barədə təqdimat edəcəklər. Şəhər sakinləri və xarici qonaqlar həmin çadırlara yaxınlaşaraq müxtəlif ölkələrin mədəniyyətləri, tarixləri, mətbəxləri və milli xüsusiyyətləri barədə əyləncəli və maraqlı məlumatlar ala biləcəklər. Həmçinin həmin ölkədə təhsil imkanlarının əks olunduğu kitablar, bukletlər, broşürlər və ölkəyə məxsus suvenirlər təqdim ediləcək.
        
Qeyd edək ki, Ümumdünya Turizm Təşkilatının Baş Qərargahı tərəfindən 1979-cu ildə təsis edilən Ümumdünya Turizm Günü artıq dünyanın 150-dən çox ölkəsində qeyd olunur.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001