• cümə axşamı, 25 aprel, 22:00
  • Baku Bakı 21°C

Bakıda Beynəlxalq Tanqo Festivalı keçiriləcək

26.11.19 10:38 578
Bakıda Beynəlxalq Tanqo Festivalı keçiriləcək
Argentinanın Azərbaycandakı Səfirliyi və "United Cultures”-in The Landmark Baku, Bakı Metropoliteni, Nizami Kino Mərkəzi və Nizami Restaurant&Lounge ilə birgə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ADA Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, NESS Company, IN Tango Baku,Tango On, El Club de Tango, Badi Kuba və R&N-project Dance School in Baku, Macrobiosis Tango School-nun dəstəyi ilə təşkilatçılıq etdiyi Beynəlxalq Bakı Tanqo Festivalı 28 Noyabr – 1 Dekabr tarixlərində 3-cü buraxılışı ilə geri qayıdır.
Festivalda nüfuzlu beynəlxalq rəqqaslar ehtiras dolu duyğularını paylaşacaqlar. 3-cü dəfə keçirilən festivalda xüsusi qonaq qismində Argentinanın 2019 Dünya və Avropa ÇempionlarıAqustina PiyaccovəMaksim Gerasimov(Argentina/Rusiya), Xulio Saavedra və Tekla Qoqriçyani (Argentina/Gürcüstan), Yakof Şonski & Maryam Rossa (Gürcüstan) və Sesilia AkostavəLevan Qomelauri(Argentina/Gürcüstan) iştirak edəcəklər. Onlar rəqs elementlərinin zərifliyi ilə hər kəsi heyran edəcəklər.
Festivalda həmçinin musiqiçiViktor Hüqo VillenavəLautaro Tisseranıda görə biləcəksiniz. Argentinada təhsil almış bandoneon ifaçısı Viktor Hüqo Vilena dövrün ən yaxşı bandoneonistlərindən biri hesab olunur. Lautaro Tissera isə müasir Argentina tanqosunda ən görkəmli gitara ifaçılarından biridir.
Festivalın ən vacib tədbiri bütün beynəlxalq sənətçilərin səhnədə ifa və rəqs edəcəyi Nizami Kinoteatrının Böyük Zalında şənbə günü keçiriləcək Qala Şoudur.
Qala Şoudan sonra rəqs səhnəsi sərbəst tanqo üçün tamaşaçıların ixtiyarına veriləcək və hər kəs Argentinanın Tanqo ruhunu hiss edə biləcək. Festival çərçivəsində həmçinin Tango dərsləri, tanqonun tarixi ilə bağlı konfrans, musiqiçilər üçün master-klasslar və sənədli film olacaq.
Festivalın məqsədi Argentina mədəniyyəti və musiqisini tanıtmaq və iştirakçıları yeni sənətçilər, rəqqaslar və ritmlər kəşf etməyə dəvət etməkdir.
banner

Oxşar Xəbərlər