• şənbə, 20 Aprel, 03:25
  • Baku Bakı 15°C

Bakıda avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib

25.09.17 10:50 1512
Bakıda avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib
Bakının Nəsimi rayonu ərazisində minik avtomobili ilə avtoxuliqanlıq edən sürücü qəza törədib.
Yol Patrul Xidməti əməkdaşlarının "Report"a verdiyi xəbərə görə, 1993-cü il təvəllüdlü Seymur Qurbanov taksi fəaliyyəti ilə məşğul olduğu "99-KL-905" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil ilə Hüseynbala Əliyev küçəsində bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Bununla kifayətlənməyən sürücü nəqliyyat vasitəsilə işıqforun qırmızı işığından keçərək 1994-cü il təvəllüdlü Həmidov Əlsalamın idarə etdiyi "Changan" markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. "VAZ-2107"nin sürücüsü S.Qurbanov YPX-nin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib. Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları da gəlib.
Fakt araşdırılır.
banner

Oxşar Xəbərlər