• cümə axşamı, 18 aprel, 08:49
  • Baku Bakı 12°C

Bakıda avtoxuliqan tutulub

21.02.15 14:01 573
Bakıda avtoxuliqan tutulub

Bakıda avtoxuliqanlıqla məşğul olan şəxs saxlanıb
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 18-də Gülhüseyn Qasımov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Xəzər rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən, G.Qasımov İnzibati Xətalar Məcəlləsinin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 20 gün həbs inzibati tənbeh növü tətbiq edilib.
banner

Oxşar Xəbərlər