AZE | RUS | ENG |


Bakıda avtomobil ahıl kişini vuraraq öldürüb

Bakıda avtomobil ahıl kişini vuraraq öldürüb
Bakıda avtomobil 65-70 yaşlı kişini vurub.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda baş verib.

Belə ki, Günəşli qəsəbəsi, "V" yaşayış massivində sürücüsü hələlik müəyyənləşdirilməmiş avtomobil naməlum piyadanı vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib. 

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib. Qeyd edək ki, zərərçəkən hadisə zamanı tanınmaz hala düşüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN